ÖLÜM MƏLƏYİ

Allaha ən yaxın olan mələklərdən biridir, vəzifəsi insanların həyatlarını sonlandırmaqdır. İslama görə Allahın əmri olmadan Azrail insanların canını ala bilməz. Quranda ölüm mələyi 32: 11 ayəsində anılmışdır. İlahiyyatçılara görə ölüm mələyinin vəzifəsinin yerinə yetirilməsində ona çoxlu digər mələklər də yardım edirlər və bu mələklər ona tabedirlər. Qeyd etmək lazımdır ki, kafir və möminlərin canlarını alan mələklər fərqlidirlər (Quran, 79: 1-2).
ÖLÜM
ÖMƏR İBN XƏTTAB
OBASTAN VİKİ
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
Alita: Döyüş mələyi
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Klinik ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Qara ölüm
Qara ölüm və ya qara taun — tarixdəki ikinci taun pandemiyasıdır, ən yüksək həddinə 1346–1353-cü illərdə çatmış və təkrar infeksiyalar XIX əsrə qədər baş qaldırmışdır. Avrasiyada və Şimali Afrikada 75–200 milyon nəfər xəstəliyin qurbanı olmuşdur. Müxtəlif məlumatlara görə həmin dövrdə Avropa əhalisinin təqribən 30%-60% tələf olmuşdu. Qara ölüm 1361-ci və 1369-cu illərdə kəskin olmasa da, yenidən özünü göstərmişdi. Böyük ehtimalla pandemiyanın ilkin mənbəyi Xəzər dənizinin şimal sahilində yerləşmiş və buradan xəstəlik Mərkəzi Asiyaya və ya Şərqi Asiyanın əksər hissəsinə yayılmışdır. Epidemiya tədricən İpək Yolu boyunca yayılaraq 1347-ci ilə qədər Krım yarımadasına çatmışdır. Oradan, çox güman ki, Aralıq dənizi hövzəsində yayılaraq Konstantinopol, Siciliya və Apennin yarımadasından keçərək Afrikaya, Qərbi Asiyaya və Avropanın qalan hissəsinə yayılmışdır. Xəstəliyə səbəb kimi "Pasteurella pestis"in daşıyıcısının Genuya ticarət gəmilərində "səyahət" edən qara siçovullar olduğu ehtimal edilir. Pandemiya qurbanlarının qalıqlarının genetik tədqiqatları taun çöpünün — "Pasteurella pestis"in əsas yoluxdurucu vasitə olduğunu göstərmişdir. Y. pestis infeksiyasına yoluxma ən çox bubon taunu ilə nəticələnir, lakin o həmçinin septikemik və ya pnevmonik xəstəliklərə də səbəb ola bilər.
Venesiyada ölüm
Venesiyada ölüm (alm. Der Tod in Venedig‎) — alman yazıçısı Tomas Mannın 1912-ci ildə nəşr olunmuş romanıdır. Bu, Venesiyaya səfər edən və Tadeusz ləqəbi ilə tanınan polşalı turist Tadzionun gözündən azad olan, yüksələn və getdikcə daha çox aludə olan bir yazıçını təqdim edir. Tadzio, Mannın 1911-ci ildə şəhərə səfəri zamanı müşahidə etdiyi Vladzio adlı real şəxsə əsaslanırdı, lakin hekayənin özü uydurma idi. Qustav Aşenbax - məşhur alman yazıçısı - uzun iş günündən sonra gəzintiyə çıxıb. Gəzmək və dincəlmək lazım idi. Tramvaya bir neçə dayanacaq getdi. Sonra yazıçı restoranın yanından keçib, lakin orada çoxlu ziyarətçi görüb içəri girməmək qərarına gəlib. Tufan qopduğu üçün Aşenbax yenidən tramvayla evə qayıtmaq üzrə idi. Dayanacaqda gözləyərkən o, səyahətçiyə oxşayan bir adamın diqqətini çəkdi.
Yatan ölüm
Yatan ölüm - Aqata Kristinin romanı. Tez-tez istirahət etmək üçün səyahətlərə yollanan Qvenda və Giles özlərinə həmişəlik qalmaq üçün şəxsi ev axtarırlar. Belə bir məqamda Gilesin xalası vəfat edir. Ev əşyalarını ona miras qalır. Bundan sonra şəxsi ev onlara daha əlçatan olur. Maddi vəziyyətləri düzələn cütlük heç bir çətinlik yaşamır. Daha sonra özlərinə uyğun bir ev tapırlar. Əsas hadisələr də elə bundan sonra başlayır. "Ali və Nino".
Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ölüm düşərgəsi
Ölüm düşərgəsi ― əhalinin müxtəlif qruplarının kütləvi şəkildə məhv edilməsi qurulan üçün təsisat. Kütləvi qırğın düşərgələri (ölüm düşərgələri və ya öldürmə mərkəzləri kimi də tanınır) Nasist Almaniyası tərəfindən İkinci Dünya Müharibəsində Holokost zamanı milyonlarla yəhudini sistematik şəkildə öldürmək üçün qurulmuşdur. Digər etnik qruplar, məsələn, polyaklar, müharibədə sovet hərbi əsirləri və qaraçılar, ölüm düşərgələrində öldürüldülər. Ölüm düşərgələrindəki qurbanlar əsasən qaz kameralarında öldürülürdülər. Cinayətlər ya bu məqsəd üçün tikilən daimi obyektlərdə, ya da qaz sobalarında baş verirdi. Auschwitz-Birkenau və Majdanek kimi bəzi nasist həbs düşərgələri, 1945-ci ildə müharibənin sonundan əvvəlki dövrdə ikili bir məqsədə xidmət edirdi: zəhərli qazlarla qurbanların intensiv şəkildə məhv edilməsi və ölüm ehtimalı çox yüksək olan şəxsləri ciddi şəkildə işlətmək. Qurbanları qatarla sabit müəssisələrə aparmaq və qurbanları kollektiv şəkildə məhv etmək fikri nasistlərin T4 evtanaziya proqramı zamanı əqli və fiziki qüsurlu xəstələrə qarşı aparılan təcrübələrlə ortaya çıxdı. Bu təcrübələr nasistlərin istehsal etdiyi zəhərli qazlarla aparılmışdı. Qazla öldürmə texnologiyası bir çox fərqli etnik qrupdan olan insanlara qarşı uyğunlaşdırıldı, inkişaf etdirildi və tətbiq olundu; Yəhudilərin öldürülməsi əsas məqsəd idi və düşərgələrdə öldürülənlərin 90%-i yəhudilər idi. Avropadakı yəhudilərə qarşı edilən bu soyqırım Nasist Almaniyasının yəhudi məsələsinə son həll yolu idi.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Ölüm dərəsi
Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir. Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.
Ölüm hökmü
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Ölüm prezumpsiyası
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.
Ölüm ulduzu
Ölüm ulduzu (ing. Death Star) — "Ulduz müharibələri" kainatında uydurma kosmik stansiya. Bütün planetləri məhv etməyə qadir olan son dərəcə dağıdıcı gücə malik super güclü enerji lazer silahları ilə təchiz edilmişdir. Qalaktik imperiyanın stansiyasının bir işləyən və bir yarımçıq variantı var idi. Sonradan "Ölüm ulduzu" daha da güclü super silah olan "Ulduz qatili" ilə əvəz olunmuşdur. 14 dekabr 2012-ci ildə ABŞ-də ölkənin özünümüdafiə qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq üçün əsl "Ölüm ulduzu"nun yaradılması təklifi irəli sürülmüşdür. Petisiyada 26 mindən çox imza toplanmışdır. Barak Obama administrasiyası proqramın mümkün işə salınması variantlarını nəzərdən keçirməkdən rəsmən imtina etmişdir. База данных по Звёздным войнам — Звезда Смерти Звезда Смерти на TheForce.net (ing.) описание ангара/дока 2037 — местонахождение притянутого лучом Захвата Звезды Смерти «Сокола Тысячелетия» (ing.)) описание северной траншеи Звезды Смерти (ing.)) Звезды Смерти — Строительство и Разрушения (Технические комментарии) (ing.)) Уточнение числа гиперпространственных генераторов Звезды Смерти для подпространственного перемещения, а также ссылка на Мимас, спутник Сатурна (ing.)) Одна из известных схем Звезды в разрезе (ing.)) Щипков Б. Р. Корабли — разрушители планет в фантастических сериалах и фильмах Что нужно знать про перемещения в подпространстве при помощи Системы гиперперехода, а также намек на Звездные Врата предтечей науки перемещения из анклава цивилизации Гри (см. Пр.
Ölüm vadisi
Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir. Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.
Ölüm yürüşü
Ölüm yürüşü — etnik qrup mənsublarını və məhkumları uzun müddət ərzində kilometrlərlə piyada yeridərək məhf etmək taktikasıdır. Yürüşdə olanlara çox az yemək və su verilirdi. Nəticə olaraq isə aclıqdan, susuzluqdan və əksər hallarda yorğunluqdan taqətdən düşən əsirlər ölürdülər. Yürüşə qarşı çıxanlar, dincəlmək üçün dayananlar və huşunu itirənlər edam edilir və ya işgəncəyə məruz qalırdılar.
Ölüm zonası
Ölüm zonası (ing. Kill zone), bəzən öldürülmə zonası (ing. Killing zone) da adlanır — hərbi taktikada, müdafiə atəşi ilə əhatə olunan ərazi, yaxınlaşan düşmən qüvvəsi üçün tələ və məhv ərzində pusqu elementi.
Döyüşdə ölüm
Döyüş zamanı ölüm — tərəflər arasında aparılan müharibə və ya silahlı toqquşma zamanı həlak olan insanlar üçün istifadə edilən hərbi termindir. Amerika Birləşmiş Ştatlarının müdafiə nazirliyi bu termini hər hansı bir müharibəyə və ya silahlı toqquşmada iştirak etmədikdə düşmən və ya dost atəşi ilə vurulan əsgərlərdə istifadə edilmir. Terror aktlarında həyatını dəyişən əsgərlərdə də bu termin istifadə edilmir. Bu termin döyüş cəbhəsində olan hava, dəniz, yer müharibəsində ölənlər üçün istifadə edilir. İslam dinində isə döyüş zamanı həyatını itirənlərə şəhid deyilir. Yolda və ya xəstəxanada yaralardan ölən əsgərlər üçün (İngilis dilində died of wounds, DOW) olaraq adlandırılmışdır.
Kliniki ölüm
Klinik ölüm - insanın bir müddət ölüm halına oxşar hala düşməsidir. Ürək dayandıqdan beyin qabığı ölənə qədər keçən vaxt klinik ölüm adlanır. Bu termin qan dövranının və nəfəs almağın dayanmasını ifadə edir ki, bu iki meyar insanların və bir çox digər orqanizmin həyatını davam etdirmək üçün zəruridir. Ölüm klinik və bioloji olmaqla 2 mərhələyə bölünür. Belə ki, orqanizmdə oksigen çatışmazlığına ən az davamlı beyin qabığıdır. Ürək fəaliyyəti və tənəffüs dayandıqdan sonra 2-3 dəqiqə ərzində beyin qabığı məhv olur. Xüsusi hallarda - bədən çox soyudulduqda və ya uşaqlarda bu müddət 10-15 dəqiqəyə qədər uzana bilər. Bu vaxt ərzində xəstənin ürək fəaliyyətini bərpa etmək mümkün olsa onu yenidən həyata qaytarmaq da mümkündür. Beyin qabığı məhv olduqdan sonra klinik ölüm bioloji ölümə keçir. Klinik ölüm vəziyyətinə hər birimiz şahid ola bilərik.
Ərəblərə ölüm
"Ərəblərə ölüm" (ivr. ‏מָוֶת לָעֲרָבִים‏‎; Mavet la-Aravim) — İsrail və İordan çayının qərb sahilində yəhudi ekstremistləri tərəfindən geniş istifadə olunan şüar. Şəxsin xasiyyətindən asılı olaraq, bu, xüsusi olaraq antifələstinliliyin ifadəsi və ya daha geniş formada qeyri-fələstinli ərəbləri əhatə edən antiərəb irqçiliyinin ifadəsi ola bilər. Bu, geniş şəkildə qınanır, bəzi müşahidəçilər bunun soyqırım niyyətini təzahür etdirdiyini iddia edirlər. Xeybər Xeybər ya yəhud Böyük şeytan Hundreds of far-right Israeli activists chant "death to Arabs" in East Jerusalem. YouTube. Middle East Eye. June 16, 2021.
Ölüm oyunu
Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır. Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər.
Qaranlıq mələyi (film, 1925)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1925-ci ildə çəkilən ABŞ filmidir. Bu film İtirilən filmlər siyahısına daxildir. Filmin süjeti Birinci dünya müharibəsi illərində baş verir. Qaranlıq mələyi — Internet Movie Database saytında.
Qaranlıq mələyi (film, 1935)
Qaranlıq mələyi (ing. Dark Angel) – 1935-ci ildə çəkilən ABŞ filmidir. 1936 – Ən yaxşı qadın ifaçısı 1936 – Ən yaxşı səs 1936 – Oskar:Ən yaxşı rəssam işi Qaranlıq mələyi — Internet Movie Database saytında.
Qaranlıq mələyi (film, 1990)
Qaranlıq mələyi (ing. Dark Angel) — 1990-cı ildə ABŞ-də çəkilən fantastik filmlərdən biridir. Bu adda əvvəl çəkilən (1925 və 1935) filmlərdən fərqləndirmək üçün filmə "Mən sülhlə gəlmişəm" (ing. I Come İn Peace) adı verilmişdir. Lakin bu film "Qaranlıq mələyi" (ing. Dark Angel) və "Qara mələk" (ing. Black Angel) adları ilə də tanınır. Filmin distribütori Triumph Films kinokompaniyasıdır. Film Texas ştatının Hyuston şəhərində çəkilmişdir. Filmin rejissoru Kreyq R. Bekslidir.
Qaranlıq mələyi (musiqi qrupu)
Dark Angel (azərb. Qaranlıq mələyi‎) — 1981-1992 və 2002-2005-ci illərdə mövcud olmuş ABŞ musiqi qrupudur. "Dark Angel" musiqi qrupu 2013-cü ildə yenidən formalaşmışdı. "Dark Angel" musiqi qrupu 1981-ci ildə Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Dauni şəhərində formalaşmışdı. Musiqi heyətinin tərkibinə Cim Durkin (ing. Jim Durkin), Don Doti (ing. Don Doty) və Rob Yan (ing. Rob Yahn) daxil idi. Bu qrupun 1985-ci ildə "We Have Arrived" adlı albomu işıq üzü görür. Albomun treklərinin stilləri hevi-metal və spid-metal janrlarına bənzəyirdi.
Qaranlıq mələyi (teleserial, 2000)
Qaranlıq mələyi (ing. Dark Angel) – ABŞ tərəfindən 2000-2002-ci illərdə çəkilən elmi-fantastik janrlı teleserialdır. Teleserialın ideyası Ceyms Kemeron və Çarlz H. İqliyə məxsusdur. İlk dəfə olaraq 3 oktyabr 2000 tarixində ABŞ-nin "FOX" kanalında göstərilmişdir. Terrorçular tərəfindən hazırlanmış Elektromaqnit impuls 2009-cu ildə ABŞ-ni üçüncü dünyaya çevirmişdi. Maks Qevara 11 dostu ilə birlikdə "Mantikora" orqanizasiyasından qaçır. Bu orqanizasiyanın laboratoriyasında inanılmaz gücündə olan əsgərlər hazırlayır. Dostlar buradan qaçan müxtəlif istiqamətlərə qaçırlar. Bu səbəbdən Maks müxtəlif vasitələrdən istifadə edərək onların axtarışına çıxır. Loqan adında bir şəxs onunla müqavilə bağlayır: Maks ona cinayətkar dünyanı tutmaqda kömək edəcək, əvəzində isə Loqan ona dostlarını tapmaqda kömək edəcək...